RƏSMİ SƏNƏDLƏR
TÜRKİYƏ CÜMHURİYYƏTİ SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ QƏRARGAHININ RƏİSİ ORDU GENERALI HÜSEYN QIVRIQOĞLUNUN “AZƏRBAYCAN BAYRAĞI” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Türkiyə ilə Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində böyük xidmətlərinə görə Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2001-ci il