DÜNYA
Türkiyə İraqın kürd regionuna lazımi dəstəyi göstərəcək
Bakı, 21 noyabr, AZƏRTAC
Ankara İraqın kürd regionunda təhlükəsizliyi təmin etmək üçün lazım olan dəstəyi göstərəcək.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İraqın kürd bölgəsinə səfəri zamanı bildirib. Peşmərgələri İŞİD-ə qarşı mübarizədə dəstəkləməyin qarşılığında Türkiyə hökumətinin başçısına Kərkük neftinin Ceyhan limanına tranzit həcminin artırılacağı vəd olunub. Kürd muxtar regionunun başçısı Məsud Bərzani Türkiyədən keçən kəmər vasitəsi ilə gündəlik 150 min barrel neft ixrac edəcəklərini bildirib.
Əhməd Davudoğlu da öz növbəsində Türkiyənin kürd regionunda təhlükəsizliyi təmin olunmasına lazımi dəstək göstərəcəyini və bu məsələnin Ankara üçün tarixi, humanitar və strateji hədəf olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]