SİYASƏT
TÜRKİYƏ MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ
Türk mediası Baş nazir İlham Əliyevin jurnalistlərə verdiyi müsahibəyə əsaslanaraq, hökumətin Prezident Heydər Əliyevin uğurlu siyasətinə sadiq qalacağını bildirmişlər.
Dost və qardaş ölkənin kütləvi informasiya vasitələri Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrikinə də xüsusi yer ayırmış, İlham Əliyevin Baş nazir təyin olunmasınınTürkiyə hökuməti tərəfindən razılıqla qarşılandığını, çox müsbət qiymətləndirildiyini vurğulamışlar.
Türkiyə jurnalistləri ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gülün Ankarada BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Sercio de Molli ilə birgə keçirdiyi mətbuat konfransında söylədiyi: “Narahatlığa heç bir səbəb yoxdur, Azərbaycanda demokratik proses irəliləyir” sözlərinə xüsusi diqqət yetirmişlər.