DÜNYA
Türkiyə Prezidenti ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb
Bakı, 16 may, AZƏRTAC
Donald Tramp terror qrupları ilə mübarizədə ABŞ-ın Türkiyəni dəstəklədiyini bildirib.
Anadolu informasiya agentliyinin məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Donald Trampın çıxışından sonra Ərdoğan da terrorla mübarizə haqqında öz fikirlərini bölüşüb.
Türkiyə Prezidenti terrora qarşı ortaq hədəfin önəmli olmasını vurğulayıb: “Xüsusilə PKK və İŞİD terror təşkilatının hansı ölkə tərəfindən olursa-olsun, müttəfiq olaraq qəbul edilməsi, qlobal razılaşmaya uyğun deyil.
Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib.