Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, əziz qardaşım,

Ad gününüzü səmimi qəlbdən təbrik edirəm.

Regionumuzun və dünyamızın yaşamaqda olduğu siyasi, iqtisadi və insani böhrana baxmayaraq, dost və qardaş Azərbaycanın Zati-alinizin müdrik liderliyi sayəsində sabitliyini və rifahını davam etdirəcəyinə bütün varlığımla inanıram.

Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq tellərindən alan münasibətlərimizin ölkələrimizin güclü əməkdaşlıq və həmrəylik ruhu sayəsində hər ötən gün daha da gücləndiyini məmnunluq hissi ilə müşahidə edirəm.

Gələcək nəsillərin ümumi mənafeyinə xidmət edəcəyinə səmimiyyətlə inandığım əlaqələrimizin qüvvətlənməyə davam etməsi ən böyük arzumdur. Dövlət və siyasət həyatımın hər dövründə olduğu kimi, gələcəkdə də bu istiqamətdəki təşəbbüslərimi davam etdirəcəyimi bir daha təsdiq etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlıq və rifahının davam etməsi üçün ən gözəl diləklərimi ifadə edirəm.

Hörmətlə,

Abdullah Gül

Türkiyə Respublikasının 11-ci Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin