Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULLAH GÜLƏ

Hörmətli cənab Baş nazir,

Türkiyə Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, bu yüksək vəzifədə fəaliyyətiniz dövründə dost və qardaş ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafeyi naminə daim genişlənəcək və hərtərəfli inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin