TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ
Hörmətli cənab Prezident,
“Türk Hava Yolları” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsinin Diyarbakırda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 yanvar 2003-cü il