Türkiyədə 5,3 bal gücündə zəlzələ olub
Bakı, 25 fevral, AZƏRTAC
Türkiyənin Niğde vilayətinin Bor rayonunda 5,3 bal gücündə zəlzələ olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 13:27-də (Bakı vaxtı ilə 14:27) qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən yeddi kilometr dərinlikdə yerləşib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bəzi binalarda çatlar əmələ gəlib. Dağıntı və zərəçəkənlərin olmadığı bildirilir. Zəlzələ ətraf bölgələrdə də hiss olunub.
Qeyd edək ki, dünən Türkiyənin Malatya vilayətində 4,7, Bingöldə 4,4, Sivasda 4,7, Konyada isə 4,3 bal gücündə yeraltı təkanlar baş verib. AFAD-dan bildirilib ki, Kahramanmaraş zəlzələsindən sonra regionda 10 minə yaxın afterşok meydana gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]