DÜNYA
Türkiyədə son sutkada 276 nəfər koronavirus pandemiyasının qurbanı olub
Ankara, 15 sentyabr, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində son sutka ərzində 334 min 535 nəfər virusa qarşı testdən keçirilib.
AZƏRTAC xəbər verir ki, yoxlamadan keçirilənlərdən 27 min 802 nəfərdə virus aşkarlanıb. Gün ərzində 276 nəfər həyatını itirib, 29 min 191 şəxs sağalıb. Bildirilir ki, ölkə üzrə COVID-19 infeksiyasına qarşı peyvənd olunanların ümumi sayı 105 milyon nəfərə yaxınlaşır.
Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, koronavirus infeksiyasına kütləvi yoluxmanın qarşısının alınması üçün ən düzgün yol peyvənd olunmaqdır. Bununla bərabər əhali maska taxmalı, təmizliyə əməl etməli və sosial məsafə saxlamaq qaydalarına fikir verməlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:03]
BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
- 07.05.2024 [12:57]
Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir
- 07.05.2024 [12:47]
Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb
- 07.05.2024 [12:44]
Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb
- 07.05.2024 [12:26]
CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb
- 07.05.2024 [12:20]
Rusiya Prezidentinin inauqurasiyası olacaq
- 07.05.2024 [12:11]
Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib
- 07.05.2024 [11:59]
Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq
- 07.05.2024 [11:26]