TÜRKİYƏDƏ ZƏLƏZƏLƏ
Xəbər verdiyimiz kimi, oktyabrın 16-dan başlayaraq, Türkiyənin İzmir vilayətində seysmik fəallıq xeyli artmışdır. İstanbulun Kandilli seysmologiya mərkəzinin məlumatına görə, oktyabrın 21-də gecə, yerli vaxtla saat 00.40 radələrində episentri Egey dənizində olmaqla, Rixter cədvəli ilə 5,9 bal gücündə yeni zəlzələ baş vermişdir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu zəlzələ Türkiyənin bütün qərb bölgələrində, hətta İstanbulda da hiss edilmişdir. Zəlzələ 30 saniyə davam etmişdir. Yerli vaxtla saat 01.38 radələrində isə episentri Egey dənizinin Quşadası sahilləri yaxınlığında olmaqla, Rixter cədvəli ilə 4,2 bal gücündə ikinci yeraltı təkan qeydə alınmışdır. Bu zəlzələlərdə İzmir vilayətindəki bəzi köhnə tikililərə zərər dəymişdir. Vahiməyə düşmüş insanlar arasında yaralananlar var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]