TÜRKİYƏDƏ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 23-də yerli vaxtla saat 21.44 radələrində Türkiyənin Ərzurum vilayətində zəlzələ baş vermişdir. İstanbulun Kandilli seysmoloji mərkəzinin məlumatına görə, Rixter cədvəli ilə 3,5 bal gücündə zəlzələnin mərkəzi Ərzurum vilayətinin Çat rayonunda olmuşdur. Dağıntı və tələfat yoxdur.