ELM VƏ TƏHSİL
Türkiyənin Avrasiya Universiteti ilə Odlar Yurdu Universiteti arasında memorandum imzalanıb
Bakı, 12 may, AZƏRTAC
Türkiyənin Avrasiya Universiteti ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Türkiyənin Avrasiya Universitetinin qurucusu və idarə heyətinin sədri Ömər Yıldız və Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev imzalayıblar.
Tədbirdə əməkdaşlığın prinsipləri, tələbə və işçi mübadiləsi və digər ortaq layihələr müzakirə olunub.
Sonra Ə.Vəliyev elmi şuranın Ö.Yıldıza Odlar Yurdu Universitetinin fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib.
Ö.Yıldıza mantiya və diplom təqdim olunub.