MƏDƏNİYYƏT
Türkiyənin mədəniyyət və turizm naziri Azərbaycan ziyalıları ilə görüşüb
Bakı, 27 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Türkiyənin mədəniyyət və turizm naziri, akademik, yazıçı Nabi Avcı sentyabrın 27-də Azərbaycan Milli Kitabxanasında ziyalılar, o cümlədən şair və yazıçılarla görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, Nabi Avcının yaradıcılığından danışıb. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Milli Məclisin deputatları Qənirə Paşayeva, yazıçı-publisist Aqil Abbas və başqaları Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrdən söz açıblar. Çıxışlarda Azərbaycanda Türk Kitab Evinin açılması təklif edilib.
Türkiyəli nazir Nabi Avcı Azərbaycan ziyalıları ilə fikirlərini bölüşüb, bu görüş üçün hər kəsə təşəkkür edib.
Sonda qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Qarabağ xanəndələri” və “Azərbaycan xalçaları. İrəvan qrupu” kitabları təqdim edilib. Nabi Avcı nəfis şəkildə çap olunmuş “Fatih divanı və şerhi” kitabını Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.