Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyənin ölkəmizdəki səfirliyində Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü qeyd olunub

Bakı, 15 sentyabr, Elmir Səftərov, AZƏRTAC

Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasını əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Sonra Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Cahit Bağçı Türkiyə-Azərbaycan qardaşlığından danışıb, 15 sentyabr tarixinin əhəmiyyətindən söz açıb.

“Bu gün Bakının işğaldan azad edilməsinin 104-cü il dönümüdür, Azərbaycan və Türkiyə üçün çox vacib və tarixi gündür”, - deyən diplomat bildirib ki, 1918-ci ildə Nuru paşanın gəlişi ilə azərbaycanlı gənclər, Azərbaycan Silahlı Qüvvələri birləşərək Bakını daşnak-bolşevik işğalından azad ediblər.

İkinci Qarabağ müharibəsindən danışan Cahit Bağçı deyib: “44 günlük Vətən müharibəsində iştirak edən azərbaycanlı gənclərin çoxu Qarabağı görməyiblər. Azərbaycan 30 illik işğala 44 gündə son qoydu. Bir neçə gün əvvəl sərhəddə erməni təxribat baş verdi, şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin. Lakin Azərbaycan Ordusu düşmənə növbəti dəfə “Dəmir yumruğ”un gücünü göstərdi.

O əlavə edib ki, rəsm sərgisi Qafqaz İslam Ordusunun yaddaşlarda qalması baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra çıxış edən Milli Məclisin deputatı Anar İskəndərov 15 sentyabr hadisələrinin tarixindən danışıb. O bildirib: “O vaxt Nuru paşa ölkəmizdə coşqu ilə qarşılandı. Azərbaycan türk qardaşlarını xilaskar kimi görürdü. Dünya tarixində heç bir millət başqa dövlətin müstəqilliyi uğrunda döyüşməyib. Amma türklər qardaşlarımız olduqları üçün onlar bizim suverenliyimizə görə canlarından keçdilər. Eynilə azərbaycanlılar da Çanaqqala savaşında öz qardaşlarına kömək ediblər”.

O bildirib ki, Azərbaycan Türkiyəni hər zaman öz yanında görüb. Bunun ən bariz nümunəsi Vətən müharibəsində oldu. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, 104 il əvvəl türk və Azərbaycan əsgərləri çiyin-çiyinə tarix yazdılar. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək Bakını işğaldan azad etdi.

“Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində müstəsna rol oynadı. Son dövrləri də nəzərə alsaq görərik ki, iki ölkə bir-birinə hər zaman dəstək verib. Beynəlxalq təşkilatlarda da dövlət və hökumət başçıları Azərbaycan və Türkiyənin maraqlarını ilk sıraya qoyurlar", - deyə Günay Əfəndiyeva vurğulayıb.

O, Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanları yad edərək bildirib: “Bir neçə gün əvvəl ermənilərin təxribatı nəticəsində 50 hərbçimiz şəhid oldu. Allah onlara rəhmət eləsin”.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Ramil Həsən 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin qardaş Türkiyə olduğunu, Türkiyə və Azərbaycan prezidentlərinin bütün beynəlxalq platformalarda bir-birini hər zaman müdafiə edib dəstəklədiklərini qeyd ediblər. Deputatlar Şuşa Bəyannaməsinin mühüm əhəmiyyətini bir daha diqqətə çatdırıblar.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er çıxışında deyib ki, bu gün çox əhəmiyyətli bir tarixi qeyd edirik. Çünki sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını erməni-daşnak dəstələrindən azad edib.

Müştərək tariximizin qürurlu hədislərlə zəngin olduğunu bildirən Baş katib qeyd edib: “Türk dövlətləri dünyada böyük gücə sahibdirlər. Onlar bir-birinə dəstək verərsə, böyük güc formalaşdıra bilərlər. Hazırda türk dünyasının birliyi böyük əhəmiyyət kəsb edir”.

Mehmet Süreyya Er diqqətə çatdırıb ki, hazırda daha çox Türkiyə-Azərbaycan əməkdaşlığı gündəmdədir. İstərdik ki, digər türk dövlətləri də bu birliyə daxil olsun.

Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu 15 sentyabr hadisələri və Azərbaycan-Türkiyə əlaqələrinin tarixi haqqında sənədləri təqdim edib. Cənubi Qafqazda ermənilərin yerləşdirilməsi haqqında danışıb. Həmçinin Osmanlı-Azərbaycan münasibətlərinə nəzər salıb.

Tədbir “Qurani-Kərim”in tilavəti və şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO