ELM VƏ TƏHSİL
Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru AzTU-da seminar keçirib
Bakı, 25 fevral, AZƏRTAC
Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) Metallurgiya və materiallar mühəndisliyi departamentinin professoru Əmdulla Mehrabov Azərbaycan Texniki Universitetində (AzTU) "Yeni materiallar və nanotexnologiyalar" mövzusunda seminar keçirib. Seminarda universitetin müvafiq fakültə və kafedrasının əməkdaşları, həmçinin doktorant və magistrantları iştirak ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, professor Əmdulla Mehrabov materialşünaslığın müasir problemləri, yeni materialların alınması üçün müasir kompüter texnologiyalarının tətbiqi imkanları barədə məlumat verib.
Seminarda AzTU-nun müxtəlif kafedralarında professor-müəllim heyəti, doktorant və magistrantlarla ayrı-ayrılıqda görüşlərin keçirilməsi və layihələrdə birgə iştirak barədə müzakirələr aparılıb.
Sonda professor-müəllim heyətinin sualları cavablandırılıb.