DÜNYA
Türkiyənin xarici işlər naziri Balkan regionunda səfərdədir
Belqrad, 16 iyun, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Balkan ölkələrinə səfəri çərçivəsində Serbiyada bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ilə Mövlud Çavuşoğlunun görüşündə iki ölkə arasında ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.
Türkiyənin xarici işlər naziri, həmçinin serbiyalı həmkarı Nikola Selakoviç və Serbiyanın Baş naziri Ana Brnabiçlə görüşlər keçirib.
M.Çavuşoğlunun iyunun 19-dək davam edəcək Balkan regionuna səfəri çərçivəsində Xorvatiya, Bosniya və Herseqovina, Kosovoda görüşlər keçirməsi, eləcə də Şimali Makedoniyanın Ohrid şəhərində təşkil ediləcək Prespa Dialoq Forumunda iştirakı gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]