Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində ölkənizin dost xalqına ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram.

Ölkələrimiz arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini qeyd etmək istərdim. Qəti əminəm ki, bu münasibətlər Türkmənistanın və Azərbaycanın dost xalqları naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzu edirəm.

Dərin hörmətlə,

 

Qurbanqulu Berdiməhəmmədov

Türkmənistanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin