Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin.

Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz adımdan həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığımızı, eləcə də zərərçəkənlərə tezliklə şəfa tapmaları ilə bağlı arzumuzu çatdırmağınızı xahiş edirəm.

Dərin hörmətlə,

 

Sərdar Berdiməhəmmədov

Türkmənistanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin