SİYASƏT
TürkPA baş katibinin müavini Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin toplantısında iştirak edəcəkdir
Bakı, 25 iyun (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) baş katibinin müavini Mels Semqaliyev iyunun 27-dən 28-dək Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin xüsusi işçi qrupu və yüksək vəzifəli şəxslərin komitəsinin toplantısında iştirak edəcəkdir.
TürkPA-dan AZƏRTAC-a bildirmişlər ki, TürkPA müşavirədə müşahidəçi statusunda iştirak edir.
Toplantıda etimad tədbirlərinin müxtəlif səviyyələrdə - hərbi-siyasi, iqtisadi, xarici əlaqələr və digər səviyyələrdə həyata keçirilməsinə dair müzakirələr aparılacaqdır.