TURQUT ÖZALIN OĞLU BAKIDA
Görkəmli siyasi xadim, Türkiyənin keçmiş Prezidenti Turqut Özalın oğlu Əhməd Özal bu şirkətin, habelə “İnterpress” nəşriyyatı şirkətinin sahibidir. O, Türkiyədə müstəqil televiziyanın əsasını qoyanlardan biridir. “Kanal-6” televiziya və radio şirkətinin verilişlərinə istər Türkiyədə, istərsə də bir sıra xarici ölkələrdə maraqla baxırlar. “İnterpress” nəşriyyatı Türkiyədə, habelə xaricdə 16 adda jurnal nəşr edir.
Bakıya işgüzar əlaqələr qurmaq məqsədilə gələn Əhməd Özalın fikrincə, həm Azərbaycanda, həm də Türkiyədə baş verən hadisələr barədə daha operativ və obyektiv informasiyalar mübadiləsi aparmağa ehtiyac vardır. Bakıda yaradılacaq “Kanal-6” yeni televiziya kanalı da məhz bu işə xidmət edəcəkdir.
Azərbaycan Prezidenti qeyd etmişdir ki, Əhməd Özalın atası Turqut Özal bütün türk dünyasının görkəmli xadimlərindən biri olmuşdur. Azərbaycanda onu bu gün də böyük siyasi xadim, qardaş və dost kimi hörmətlə xatırlayıb yad edirlər.
Heydər Əliyev yeni kanalın fəaliyyətində Əhməd Özala və onun azərbaycanlı həmkarlarına uğurlar arzulamışdır.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri