Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TUSİAB-ın idarə heyətinin sədri Yavuz Keleşdən

Əziz və möhtərəm Prezident,

Azərbaycan-Türkiyə dostluq və qardaşlığının möhkəmlənməsinə, türk investorların Azərbaycana cəlb edilməsinə töhfələr verən Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti - TUSİAB üzvləri adından və şəxsən öz adımdan, Zati-alilərinizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Həmçinin qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizi ən xoş arzularla təbrik edir, Azərbaycan xalqının firavanlığı, xoşbəxtliyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı sülh və demokratiya, əmin-amanlıq, iqtisadi inkişaf və rifah yolunda sürətlə irəliləyərək öz tarixinin yeni şanlı səhifələrini yazacaq.

Ən dərin hörmətlərimlə,

Yavuz Keleş

TUSİAB-ın idarə heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin