TUTANHAMON İNFEKSİYADAN ÖLMÜŞDÜR
Əvvəlki rentgen tədqiqatlarına əsasən Tutanhamonun başından aldığı zədə nəticəsində öldüyü güman edilirdi. Kompyuter tomoqrafiyasının köməyi ilə aparılan son analizlər göstərmişdir ki, firon Tutanhamon yarasına infeksiya düşməsindən ölmüşdür.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Əşrəf Səlimin rəhbərliyi ilə işləyən Qahirə Universitetinin alimləri Tutanhamonun hələ sağlığında bel sümüyünün sındığını müəyyən etmişlər. Alimlər bildirmişlər ki, yaraya infeksiya keçmiş və bütün bədənə yayılmışdır. Misir təbabətində müxtəlif antiseptiklərdən, məsələn, gənəgərçək yağı, heyvan piyi, bal, mis və hətta peyindən istifadə edilirdi. Bəlkə, bu türkəçarələr kömək etməmiş, bəlkə də, onlar tətbiq olunmamışdır. Elm hələlik bu suallara cavab verə bilmir. Ancaq tomoqrafiya nəticəsində alınan 1900 təsvir 8 yaşında taxt-taca çıxmış firon-oğlanın xarici görünüşü və tarixi barədə yeni məlumatlar verir.
Əşrəf Səlim bildirmişdir ki, firon 18-20 yaşlarında ölmüşdür. Onun boyu təxminən 180 santimetr olmuşdur. Ancaq alimlər Tutanhamonun məzarını açanları məhv edən lənətdən canlarını qurtara bilməmişlər. O demişdir: “Tomoqrafiya zamanı qəribə şeylər baş verdi. Birdən-birə işıq söndü və skaner işləmədi. Elmi qrupumuzun bir neçə üzvü xəstələndi. Əgər alim olmasaydıq, fironun lənətinə biz də inanardıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [17:31]
Qara dənizdə batan gəminin 12 heyət üzvü xilas edilib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]