Ucarda bədbəxt hadisə baş verib
Ucar, 7 iyul, AZƏRTAC
Ucar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən axşam rayonun Müsüslü kəndində olub. Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Natiq Kamil oğlu Ağayevi elektrik cərəyanı vurub və o, dünyasını dəyişib. Məlumata görə, 3 uşaq atası olan N.Ağayev su nasosu ilə həyətyanı sahəsini suvarmaq istəyib. Nasazlıq olub, nasosun naqillərini düzəltmək istəyərkən ehtiyatsız davranıb və onu elektrik cərəyanı vurub.
Hadisə ilə bağlı araşdırma aparılır.