REGİONLAR
Ucarda indiyədək 9400 hektardan çox sahədə taxıl əkilib
Ucar, 29 noyabr, AZƏRTAC
Ucar rayonunda payızlıq taxıl səpini davam edir və indiyədək 9430 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin 5190 hektarı arpa, qalanı isə buğdadır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda bütün ərazi dairələrində bu mühüm kampaniyanın başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Hər gün sahələrə 45-dək səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Əlikənd, Qarabörk, Qaziyan, Qulabənd və digər bir sıra ərazi dairələrində səpin daha mütəşəkkil davam etdirilir.
Ucarda gələn ilin məhsulu üçün 15 min hektaradək sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Artıq 13 min 700 hektarda şum çıxarılıb və bu iş davam etdirilir.