DÜNYA
Uçan avtomobili almaq da olar
Bakı, 28 mart (AZƏRTAC). Niderlandın “PAL-V Europe NV” şirkətinin mütəxəssisləri dünyada ilk dəfə olaraq “Qelisikl” adlanan uçan avtomobili uğurla sınaqdan çıxarmışlar.
İki yerlik “Qelisikl” klassik vertolyotla 3 təkərli avtomobili özündə birləşdirən hibriddir. Nəqliyyat vasitəsinin üstün cəhətlərindən biri də odur ki, o çox asanlıqla mövcud uçuş - enmə zolaqlarından və yollarından istifadə edə bilir. Yəni avtomobil üçün ayrıca yol çəkməyə ehtiyac qalmır və rahat idarə olunur.
Vertolyot - maşının texniki göstəriciləri də yüksəkdir. O, 8 saniyədə 100 kilometr sürət yığa bilməklə, bir dəfəyə 350-500 kilometrədək məsafə qət etmək iqtidarındadır. Avtomobil benzinlə yanaşı, biodizel və bioetanol işlədir.
Hazırda dünyada analoqu olmayan “Qelisikl”in satış qiyməti 295 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]