ELM VƏ TƏHSİL
Üçüncü ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən az olmayan 13 min 796 abituriyent müsabiqədə iştirak edəcək
Bakı, 15 avqust, AZƏRTAC
Qəbul imtahanlarının nəticələrinə əsasən III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 13 min 796 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, həmçinin imtahanlarda ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 16 min 572 abituriyent müsabiqədə iştirak edəcək.
Qeyd edək ki, üçüncü ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması cədvəlləri ilə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada tanış olmaq olar.
Xatırladaq ki, ali təhsil müəssisələrinə I-IV qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır.