ELM VƏ TƏHSİL
Üçüncü siniflər üçün alman və fransız dili dərsliklərinin müzakirəsi aparılmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Xarici dil fənləri (alman və fransız dilləri) üzrə dərslik və müəllim üçün metodiki vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün alman və fransız dili dərsliklərinin (dərsliklər məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından) və müəllim üçün metodiki vəsaitlərin müzakirəsi aparılmışdır.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini açıqlamış, təkliflər verilmişdir.