Üçüncü “YAŞAT” düşərgəsi davam edir
Bakı, 19 iyul, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality’’nin tərəfdaşlığı ilə keçirilən uçüncü “YAŞAT” düşərgəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, düşərgəsinin birinci həftəsinin ilk günündə hoteldaxili əyləncə saatının ardından uşaqlar üçün stolüstü idman oyunları və ferma gəzintisi təşkil olunub.
İkinci gündə idman saatında əyləncəli vaxt keçirən uşaqlar sonra psixoloqlarla görüşdə iştirak ediblər, həmçinin "Faceart" tədbirinə qoşulublar.
Günün ikinci yarısında "Digital Umbrella" şirkətinin nümayəndələri tərəfindən dizayn düşüncəsi barədə əyləncəli vörkşop gerçəkləşib.
Eyni zamanda Suraxanı Gəmi Muzeyi tərəfindən muzey eksponatlarının nümayişi və ustad dərsi baş tutub. Günə konsert saatı ilə yekun vurulub.