İQTİSADİYYAT
Ucqar kəndlərdə pensiyalarını plastik kartla alanların sayı artmışdır
Bakı, 3 noyabr (AZƏRTAC). Cari ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ucqar kənd yerlərində yaşayan pensiyaçıların plastik kartlardan istifadəsi artmaqdadır.
Bu il oktyabrın 1-nə olan statistikaya əsasən, ucqar kəndlərdə pensiyaları plastik kartla alanların sayı 2 min 873 nəfərdir.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, hazırda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98,9 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi pensiyalarını plastik kartlarla alır.