ELM VƏ TƏHSİL
UFAZ-da qadınların elmdə iştirakı ilə bağlı konfrans təşkil olunacaq
Bakı, 4 mart, AZƏRTAC
Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azerbaijani Women in Science” (AWiS) Assosiasiyası və Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi “Ali təhsil, tədqiqat və innovasiyalar üzrə qlobal Avropada qadınlar elmdə” mövzusunda panel müzakirələr keçiriləcək.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, tədbir martın 8-9-da Fransanın Avropa İttifaqının sədrliyi çərçivəsində və Fransanın Ali Təhsil, Tədqiqat və İnnovasiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, İnkişaf üçün Tədqiqat İnstitutu və Avropa Komissiyasının təşkilatçılığı ilə Fransada keçiriləcək “Ali təhsil, tədqiqat və innovasiyalar üzrə qlobal Avropa” Marsel Konfransına paralel olaraq təşkil olunacaq.
Panel müzakirələrin məqsədi həm Fransada, həm də Azərbaycanda Avropa əməkdaşlığı kontekstində ali təhsil, tədqiqat və innovasiya sahəsində qadınların rolunu vurğulamaqdır.