SİYASƏT
Ukrayna Ali Radasının deputatı: Ermənilər, Qarabağ sizin torpağınız deyil, öz xalqınıza yalan məlumat verməyi dayandırın
Kiyev, 28 sentyabr, AZƏRTAC
Ermənilər, Qarabağ sizin torpağınız deyil. Öz xalqınıza yalan məlumat verməyi, alçaq uydurmanı və Azərbaycan torpaqlarına hücumu dayandırın.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko deyib.
Deputat qeyd edib ki, Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribat həyata keçirərək, Azərbaycan ordusunun cəbhə xətti boyunca mövqelərini intensiv atəşə tutublar.
Dağlıq Qarabağ bölgəsində döyüş əməliyyatlarına Ermənistan başlayıb. Ermənistan KİV-ləri isə bu feyk və təhrikçi məlumatı fəal şəkildə yayır.
“Ukrayna Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - deyə L.Marçenko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev