Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Xahiş edirəm, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Müstəqil Azərbaycan Respublikası son illərdə sürətlə inkişaf edərək iqtisadi, siyasi, ictimai və sosial sahələrdə sanballı nailiyyətlər qazanıb. Ölkədə əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində əsas məsələlər müvəffəqiyyətlə həll olunur. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr arasında layiqli yer tutur.

Cənab Prezident, əlamətdar bayram münasibətilə Sizə və bütün Azərbaycan xalqına sağlamlıq, sülh, xoşbəxtlik, firavanlıq, qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Roman Nəsirov

Ukrayna Dövlət Fiskal Xidmətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin