Ukrayna əhalisi azalmaqda davam edir
Kiyev, 20 iyul, AZƏRTAC
Bu ilin beş ayı ərzində Ukrayna əhalisinin sayında 122,4 min nəfərə yaxın azalma müşahidə edilib.
AZƏRTAC Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına istinadla xəbər verir ki, iyunun 1-nə olan statistikaya əsasən hazırda Ukrayna əhalisinin sayı 42 milyon 30 min nəfərdir. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 49 doğuş qeydə alınıb.
Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Bu da o deməkdir ki, 6 ildə ölkə əhalisinin sayı 1 milyon azalacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [13:01]
ABŞ Prezidentinin Çinə səfəri başlayıb
- 18.11.2026 [12:49]
COPArt sərgisi Türkiyənin mirası kimi gələcək COP-larda da təqdim olunacaq
- 18.11.2026 [12:41]
Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkar ediblər
- 18.11.2026 [12:31]