UKRAYNA ƏSGƏRLƏRİNİ İRAQDAN ÇIXARDI
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, dekabrın 27-də Ukrayna İraqdan öz hərbi kontingentinin çıxarılması əməliyyatını başa çatdırmışdır. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirmişdir ki, “Ukrayna kontingenti hərbi texnikasının mexanikləşdirilmiş sonuncu dəstəsi Küveytin Əş-Şüaybə limanına gəlmişdir və burada bərəyə yüklənərək vətənə yola düşəcəkdir”.
Həmin gündən Ukraynanı İraqda müşavir və təlimatçı qismində 50 zabit təmsil edəcəkdir. Onlar dekabrın 20-dən “Delta” bazasındadır və ancaq İraq hərbi qulluqçularının hazırlığı ilə məşğul olurlar.
Ukrayna əsgər və zabitləri İraqa 2003-cü il avqustun 28-də gəlmişlər. Bu müddət ərzində kontingent 17 hərbçi itirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [11:42]
Rusiya Prezidenti: Ölkələrə iqtisadi təzyiq metodu artıq keçmişdə qalıb
- 18.11.2026 [11:38]
Şencendə APEC-in 33 zirvə toplantısı işə başlayıb
- 18.11.2026 [11:06]
Kembric lüğətində 2026-cı ilin ən populyar kəlməsi müəyyən edilib
- 18.11.2026 [11:00]