Ukrayna Macarıstana etirazını bildirib
Kiyev, 5 sentyabr, AZƏRTAC
Ukrayna Macarıstana rəsmi etirazını bildirib.
AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Macarıstanın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Marfi XİN-ə dəvət olunub və ona rəsmi Kiyevin etiraz notası təqdim edilib. Etiraza səbəb Macarıstanın Baş Naziri Aparatının dövlət katibi Tristana Azbeyin açıqlaması olub.
Nazirliyin məlumatında qeyd edilir ki, Azbey Ukraynadakı "vətəndaş müharibəsi böhranı" ilə əlaqədar qəbuledilməz ritorikadan istifadə edib. Belə bir bəyanat nəinki həqiqətə uyğun deyil, eyni zamanda, Macarıstan da daxil olmaqla Avropa İttifaqına və NATO-ya üzv dövlətlərin rəsmi mövqeyinə ziddir.
Məlumatda bildirilir ki, rəsmi Kiyev Macarıstanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə daha da həmrəylik nümayiş etdirəcəyini gözləyir və ümid edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]