Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevdən
Hörmətli İlham Heydər oğlu,
Ukrayna Millətlər Assambleyası Sizə öz səmimi ehtiramını bildirir və Sizi doğum gününüz münasibətilə təbrik edir.
Biz millətlərarası münasibətlərin və ictimai fəaliyyətin təkcə ölkə daxilində deyil, həm də onun hüdudlarından kənarda oynadığı əhəmiyyətli rolu yaxşı başa düşən dövlət, ictimai və elmi xadim kimi Sizə təşəkkür edirik.
Azərbaycanda tolerantlığın səviyyəsi dünyada yaxşı gələcəyə can atan ölkələrin çoxu üçün örnəkdir.
Siz iki strateji tərəfdaş - Azərbaycan ilə Ukrayna arasında dostluğun və həmrəyliyin inkişafına və möhkəmlənməsinə həqiqətən böyük töhfə vermisiniz. Buna görə Ukraynanın çoxmillətli xalqı Sizə minnətdardır. Ukraynanın çox ağır günlərlə üzləşdiyi bir vaxtda Sizin dəstəyiniz xüsusilə əhəmiyyətlidir.
Sizə səmimi qəlbdən həyatda uğurlar və firavanlıq arzu edirik. Qoy, bu nəcib işdə - Azərbaycan və Ukrayna xalqları arasında dostluğun möhkəmlənməsi işində uğur daim Sizinlə olsun.
Hörmətlə,
Rövşən Tağıyev
Ukrayna Millətlər Assambleyasının rəhbəri