Ukrayna Milli Jurnalistlər İttifaqı Kəlbəcər rayonunda baş verən faciə ilə bağlı narahatlığını bildirir

Kiyev, 10 iyun, AZƏRTAC
Ukrayna Milli Jurnalistlər İttifaqı Kəlbəcər rayonunda baş verən faciə ilə bağlı narahatlığını bildirir. Biz həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı veririk.
AZƏRTAC xəbər verir ki, bu barədə İttifaqın sədri Sergey Tomilenko bildirib.
O deyib: “Bizim İttifaq azərbaycanlı həmkarlarımızın həlak olması ilə bağlı təəssüfləndiyini bildirir. Biz jurnalistlərin və mülki əhalinin müdafiə olunması tələbi ilə bağlı Beynəlxalq və Avropa Jurnalistlər Federasiyalarının çağırışına qoşuluruq. Beynəlxalq hüquq normalarına və beynəlxalq razılaşmalara qeyd-şərtsiz riayət olunmalıdır.
Ukrayna Milli Jurnalistlər İttifaqının rəhbəri əlavə edərək vurğulayıb: “Ümidvarıq ki, biz birgə səylərimizlə Qarabağı jurnalistlər üçün təhlükəsiz edəcəyik!”.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan jurnalistlərin olduğu KamAZ avtomobili iyunun 4-də səhər saat 11 radələrində Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb, nəticədə 3 nəfər - AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər rayon icra hakimiyyətinin Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Yardımlı rayonunda zəlzələ olub
- [16:47]
Qubada qanunsuz tikili sökülüb
- [10:45]
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
- 18.04.2025 [23:48]
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
- 18.04.2025 [21:26]
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
- 18.04.2025 [19:53]
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
- 18.04.2025 [19:20]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 18.04.2025 [19:13]
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
- 18.04.2025 [19:11]