UKRAYNA MÜSƏLMANLARI TƏMKİNLİDİRLƏR
Cami xatırlatmışdır ki, 1,5 milyon müsəlmanın yaşadığı Ukraynanın islam icmalarında radikal ünsürlər yoxdur. O demişdir: “Mətbuatda müqəddəs Peyğəmbərimizi təhqir edən və bütün dünyada hiddət doğuran karikaturaların dərci ilə bağlı baş verən hadisələrə Ukrayna müsəlmanları da biganə qalmadılar. Buna baxmayaraq, ölkədə etiraz aksiyaları keçirilmədi. Biz buna öz münasibətimizi qəzəblə, amma təmkinlə, qanun çərçivəsində bildirdik”.
Müfti Abdikeyev təəssüflə bildirmişdir ki, Ukrayna nəşrlərindən biri – Kiyevdə çıxan “Seqodnya” qəzeti bu fitnəkarlığa uyaraq, fevralın 6-da rüsvayçı karikaturanı dərc etmişdir.
Krımda 250 mindən çox müsəlman yaşayır. Bunlar, əsasən, öz tarixi vətəninə qayıdan Krım tatarlarıdır. Krım tatar xalqı Məclisinin lideri Mustafa Cəmilov bildirmişdir ki, dindaşları onların heysiyyətinə toxunan bu cür dərcləri pisləsələr də, radikal xarakterli tədbirlərə əl atmaq niyyətində deyildirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]