UKRAYNA MÜSTƏQİLLİYİNİ BAYRAM EDİR
Kiyev, 24 avqust (AZƏRTAC). Ukrayna ölkənin müstəqilliyinin 18-ci ildönümünü qeyd edir.
Avqustun 24-də səhər Sofiya kilsəsində Prezident Viktor Yuşşenko Ukrayna və Ukrayna xalqı naminə duaetmə mərasimində iştirak etmişdir.
Sonra Kiyevin mərkəzi küçəsi Kreşatikdə qoşun hissələrinin paradı olmuşdur.
Hərbi qüvvələrin nümayişində fəxri qonaq kimi Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov və Azərbaycanın Ukraynadakı Hərbi Qüvvələrinin hərbi attaşesi polkovnik Tofiq Qasımov iştirak etmişlər.
Müstəqillik günü tədbiri çərçivəsində Prezident V.Yuşşenko mərkəzi meydanda Ukrayna xalqına müraciətlə çıxış etmişdir. Dövlət başçısı çıxışında xüsusilə qeyd etmişdir ki, ədalətli və demokratik prezident seçkilərinin keçirilməsinə təminat verir. O, əmin olduğunu bildirmişdir ki, “bu seçkilərdə növbəti siyasi qəsd cəhdləri uğursuzluğa düçar olacaqdır”.
Ukrayna Prezidenti, həmçinin bildirmişdir ki, ölkə Konstitusiyasına dəyişikliklər olunması barədə Qanun layihəsinin ümumxalq müzakirəsinə çıxarılmasına dair sərəncam imzalamışdır. V.Yuşşenko hesab edir ki, Konstitusiya islahatı keçirilmədən ümumilikdə Ukraynada keyfiyyətli islahatlar aparılması mümkün olmayacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.11.2026 [21:21]
İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb
- 15.11.2026 [20:49]
İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib
- 15.11.2026 [20:30]
Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq
- 15.11.2026 [19:41]
Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
- 14.11.2026 [23:25]
Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH
- 14.11.2026 [22:57]
Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər
- 14.11.2026 [22:15]
Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
- 14.11.2026 [21:44]
Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb
- 14.11.2026 [21:01]
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir
- 14.11.2026 [20:21]
Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər
- 14.11.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 14.11.2026 [20:00]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:30]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [19:07]
Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- 14.11.2026 [18:48]