Ukrayna NATO sammitinə dəvət alıb
Bakı, 3 iyun, AZƏRTAC
Ukrayna NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitinə dəvət alıb.
AZƏRTAC “İnterfaks-Ukraina” agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə “Buxarest doqquzluğu” sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra bildirib.
Zelenski Rutteni Ukrayna və Rusiya arasında bazar ertəsi günü İstanbulda keçirilən sülh danışıqlarının ikinci raundunun nəticələri barədə məlumatlandırıb. Ukrayna liderinin sözlərinə görə, tərəflər əsir mübadiləsi və ukraynalı uşaqların Rusiyadan qaytarılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, Moskva Kiyevin ilkin şərt olmadan atəşkəs elan etmək təklifini rədd edib.
Həmçinin görüş zamanı sonrakı diplomatik addımlar və Ukraynaya müdafiə dəstəyi məsələləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [17:31]
Qara dənizdə batan gəminin 12 heyət üzvü xilas edilib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]