Ukrayna peyki orbitə uğurla buraxılıb
Kiyev, 13 yanvar, AZƏRTAC
Ukrayna peyki orbitə uğurla buraxılıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın “Siç-2-30” peyki ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral bazasındakı SLC-40 kompleksindən “SpaceX”in “Falcon 9” raketi ilə orbitə buraxılıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Dövlət Kosmik Agentliyinin məlumatına görə, peykin xidmət müddəti üç il olacaq.
"Siç-2-30" yerin rəqəmsal fotoşəkillərini əldə etmək üçün nəzərdə tutulub. Bundan əlavə, peyk ionosferin monitorinqi üçün istifadə olunacaq.
Həmçinin, peykin köməyi ilə mühəndis strukturlarının yaradılması, hərbi texnikanın və gəmilərin hərəkəti haqqında məlumat almaq mümkün olacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski ilk peykin orbitə buraxılmasını Ukrayna üçün fövqəladə hadisə adlandırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [19:15]
Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 03.09.2026 [19:04]
Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb
- 03.09.2026 [17:19]
Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar
- 03.09.2026 [16:36]
Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb
- 03.09.2026 [16:34]
Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib
- 03.09.2026 [16:19]