İQTİSADİYYAT
Ukrayna və Polşa “Odessa - Brodı” neft kəmərinin Qdanska qədər uzadılması perspektivlərini müzakirə edirlər
Kiyev, 14 aprel (AZƏRTAC). Polşa “Odessa - Brodı” neft kəmərinin Plotska, perspektivdə isə Qdanska qədər uzadılmasında maraqlı olmasını təsdiqləmişdir. Bunu Polşanın Baş naziri Donald Tusk Kiyevdə səfərdə olduğu zaman ukraynalı həmkarı Nikolay Azarovla birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdir.
D.Tuskun sözlərinə görə, Polşa üçün bu layihə enerji daşıyıcıları təchizatının şaxələndirilməsinin mühüm elementidir.
Ukrayna və Polşa hökumətləri “Odessa - Brodı” neft kəmərinin uzadılması üçün həll edilməsi zəruri olan məsələlərin siyahısını müzakirə etmək niyyətindədirlər. Neft kəmərinin Qdanska qədər uzadılması məsələləri Polşanın Baş nazirinin Ukrayna Prezidenti Viktor Yanukoviç ilə görüşündə də müzakirə edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]