Ukraynada karantin müddətində metro bağlanacaq
Kiyev, 17 mart, AZƏRTAC
Ukrayna Nazirlər Kabineti təcili iclasda COVİD-19 virusuna qarşı mübarizə, xüsusən virusun yayılmasının qarşısının alınması məqsədilə karantin müddətində ölkə ərazisində metro stansiyalarının bağlanmasına dair Prezident Vladimir Zelenskinin təklif etdiyi tədbirlər planını təsdiqləyib.
AZƏRTAC Ukraynanın infrastruktur naziri Vladislav Krikliyanın “Telegram-kanala” müsahibəsinə istinadla xəbər verir ki, martın 18-də saat 12:00-dan etibarən Kiyev, Xarkov, Dnepr şəhərlərində metro stansiyalarının fəaliyyəti dayandırılır, şəhər ictimai nəqliyyatına - trolleybuslara, avtobuslara, tramvaylara on nəfərdən çox sərnişin götürməyə icazə verilmir.
Hökumət, həmçinin mart ayının 18-dən dəmir yolu, aviasiya, şəhərlərarası və vilayətlərarası avtobuslarla sərnişin daşımalarını qadağan etməyi qərara alıb.
Son məlumata görə, Ukrayna ərazisində COVID-19 virusuna biri ölümlə nəticələnmiş 7 yoluxma hadisəsi qeydə alınıb.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]