DÜNYA
Ukraynada uşaqlar arasında hepatit virusuna tutulanların sayı artır
Kiyev, 7 noyabr, AZƏRTAC
Ukraynanın Çerniqov şəhərində orta məktəbdə yayılan hepatit virusundan 29 nəfər xəstəxanaya yerləşdirilib.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, Çerniqov şəhərində 7 saylı məktəbdə qidadan kütləvi zəhərlənmə nəticəsində hepatit A virusu yayılıb.
Hepatit virusuna tutulanlardan 24-ü uşaq, 5-i böyükdür. Polis faktla bağlı cinayət işi açıb.
Qeyd edək ki, bu hadisə ilə əlaqədar təcili toplantı keçirən Ukraynanın Baş Naziri Aleksey Qonçaruk bu il Ukraynada məktəb və uşaq bağçalarında 626 uşağın qidadan zəhərləndiyini açıqlayıb.
“Bizim məktəb və uşaq bağçalarında hər gün 5 milyon uşaq qidalanır. Bu il qidalanma məsələsində uşaq bağçası və məktəblərin 38 faizində pozuntu qeydə alınıb. Hər gün qidalanan uşaqların yarısına yaxını təhlükə ilə üzləşir”, - deyə Baş Nazir əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev