SİYASƏT
Ukraynadakı Azərbaycan diasporunun fəal üzvü, professor Arif Quliyevə Prezident Viktor Yanukoviçin təşəkkürü çatdırılmışdır
Kiyev, 24 may (AZƏRTAC). Ukraynadakı Azərbaycan diasporunun fəal üzvü, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyevə Prezident Viktor Yanukoviçin təşəkkürü bildirilmişdir.
Ukrayna Prezidenti Administrasiyasının Vətəndaşların Müraciətləri məsələləri üzrə İdarəsinin rəhbəri Vladimir Xanyuk həmvətənimizin Viktor Fyodroviç Yanukoviçə hədiyyəsinə - “Prezidentlik institutu beynəlxalq terrorizmə qarşı mübarizədə” adlı monoqrafiyaya, onu dəstəklədiyinə və xoş arzularına, Ukraynada baş verən ictimai proseslərə biganə olmadığına və fəal vətəndaşlıq mövqeyinə görə Ukrayna dövlətinin başçısının səmimi təşəkkürünü çatdırılmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:50]
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
- 25.04.2024 [07:17]
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO
- 06.04.2024 [17:26]