İQTİSADİYYAT
Ukraynanın "Divali Group" və "Lauffer Foods" şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Bakı, 1 sentyabr, AZƏRTAC
Ukraynanın "Divali Group" və "Lauffer Foods" şirkətləri Azərbaycanda əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, şirkətlər öz kommersiya təkliflərini ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamlarının diqqətinə çatdırır. "Divali Group" Ukraynanın ekoloji təmiz patentli mədən və üzvi-mədən gübrələrinin böyük istehsalçısı olan "Oriy" MMC şirkətinin rəsmi distribüteridir. "Lauffer Foods" isə qida məhsullarının istehsalında ixtisaslaşıb.
Kommersiya təklifləri ilə daha ətraflı maraqlananlar şirkətlərin rəsmi səhifələrində tanış ola bilərlər.