UKRAYNANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də, onun üçün ayrılmış iqamətgahda Ukraynanın Baş naziri xanım Yuliya Timoşenko ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin həcminin artması razılıqla vurğulandı.
Bildirildi ki, müxtəlif sahələrdə, o cümlədən maşınqayırma, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial vardır.
Birgə iqtisadi komissiyanın işinin fəallaşdırılmasının vacibliyi vurğulanan görüşdə iqtisadi əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
######
