Ukraynanın Baş naziri ilə görüş
Kiyev, 28 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Kiyevdə Ukraynanın Baş naziri Nikolay Azarovu qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Bu əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin daha da artırılması üçün yaxşı potensialın mövcud olduğu vurğulandı.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq əməli addımlar barədə fikir mübadiləsi aparıldı.
######
