Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyasının idarə heyətinin sədri Vladimir Petrukdan

Hörmətli İlham Heydər oğlu,

İcazə verin, Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyası adından Sizə doğum gününüz münasibətilə ən xoş arzularımı ifadə edim. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və rəhbərliyinizlə regional lider statusunu getdikcə daha da möhkəmləndirən Azərbaycan dövlətinin rifahı naminə yeni nailiyyətlər arzu edirəm.

Sizin enerjili, qətiyyətli və məqsədyönlü olduğunuza, ən mürəkkəb məsələlərin optimal yollarını tapmaq bacarığınıza bələd olduğum üçün bilirəm ki, zəngin siyasi təcrübəniz, dərin biliyiniz, daim yeni nailiyyətlərə can atmağınız Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının uğurlu inkişafının, habelə Ukrayna-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsiplərinə uyğun şəkildə daha da dərinləşməsinin etibarlı rəhnidir.

Bakı Metropoliteninin əlavə xətlərinin çəkilməsi üzrə layihədə iştirak etmək “İnterbudmontaj” TA üçün böyük şərəfdir. Eyni zamanda, assosiasiyanın rəhbərliyi başa düşür ki, bu, həm də böyük məsuliyyətdir. Çünki bu gün Azərbaycanda bütün layihələr yüksək səviyyədə həyata keçirilir. Sizi əmin edirəm ki, “İnterbudmontaj” TA bu yüksək etimadı doğrultmaq üçün səylə çalışacaq.

Bu xoş fürsətdən istifadə edib, Sizə qarşıdan gələn yeni 2015-ci il münasibətilə səmimi təbriklərimi çatdırır, xalqınıza xeyir-bərəkət, rifah, Azərbaycana aydın səma arzu edirəm.

Dərin hörmətlə,

Vladimir Petruk

Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyasının

idarə heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin