Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını böyük dövlət bayramı - Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfər Günü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Zati-aliləri, hər zaman bəxtiyar olun! Qoy Sizin müdrik rəhbərliyiniz altında ərazi bütövlüyü uğrunda mübarizə aparmış Azərbaycan xalqı daim xoşbəxt olsun!

Ölkənizə sülh, tərəqqi arzulayırıq. Sizə və doğmalarınıza möhkəm cansağlığı diləyirik. Şəxsən öz adımdan, liseyimizin bütün pedaqoji, valideyn kollektivi və 2300 şagirdi adından Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

 

Valentina Antonenko

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar

“Linqvist” liseyinin direktoru,

Ukraynanın Əməkdar müəllimi, Azərbaycanın “Dostluq” ordeni

Laureatı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin